Əsas məzmuna keç

Qəzəl

Pərişan xəlqi-aləm ahü əfqan etdigimdəndir

Məhəmməd Füzuli

1

Pərişan xəlqi-aləm ahü əfqan etdigimdəndir, Pərişan olduğum, xəlqi pərişan etdigimdəndir.

Təni-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq Yetən bidərd tədbirilə dərman etdigimdəndir.

Gözüm kim, bağrımın qanın tökər pərkalə-pərkalə, Dəmadəm aruziyi-lə’li-canan etdigimdəndir.

Degil bihudə, gər yağsa fələkdən başimə daşlar, Binasın tişeyi-ahimlə viran etdigimdəndir.

Qaçan rusva olurdum, qan udub səbr edə bilseydim, Məlamət çəkdigim bihudə əfğan etdigimdəndir.

Xəta səndən degil, cismim oxundan binəsib olsa, Hübabi-əşki-gülgun içrə pünhan etdigimdəndir.

Füzuli, ixtilati-mərdümi-aləmdən ikrahim, Pərivəşlər xəyalın munisi-can etdigimdəndir.

Lüğət: Füzun – artıq. G; Pərkalə – parça-parça; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Gülgun – gül rəngli, gül üzlü; Mərdüm – göz giləsi; xalq, camaat; Munis – hayan, ünsiyyətli

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.