Pənbeyi-daği-cünun içrə nihandır bədənim
Pənbeyi-daği-cünun içrə nihandır bədənim, Diri olduqca libasım budur, ölsəm kəfənim.
Canı canan diləmiş, verməmək olmaz, ey dil! Nə niza’ eyləyəlim, ol nə sənindir, nə mənim.
Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən, Nola zənbur evinə bənzəsə beytül-həzənim.
Tövqi-zənciri-cünun daireyi-dövlətdir, Nə rəva kim, məni ondan çıxara zə’fi-tənim.
Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim, Bir hübabəm ki, həvadən doludur pirəhənim.
Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən, Dəhənü qəddü rüxün qönçəvü sərvü səmənim.
Edəmən tərk, Füzuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
Lüğət: Cünun – dəlilik, divanəlik; Beytül – həzən – qəm-qüssə evi; Tövq – həlqə, boyunbağ; Sirişk – göz yaşı