Əsas məzmuna keç

Qəzəl

Payibənd oldum səri-zülfi-pərişanın görüb

Məhəmməd Füzuli

1

Payibənd oldum səri-zülfi-pərişanın görüb, Nitqdən düşdüm ləbi-lə’li-dürəfşanın görüb.

Oda yaxdım şəm’vəş canım, baxıb rüxsarinə Çərxə çəkdim dudi-dil, sərvi-xuramanın görüb.

Gəzdirər hər yan gözüm əşk içrə bağrım parəsin, Xəl’əti-gülgun ilə rəxş üzrə cövlanın görüb.

Bir zaman keçməz ki, dil tiğindən olmaz çak-çak, Açılır hər dəm tutulmuş könlüm ehsanın görüb.

Könlümü tənhalıq eylərdi pərişan sinədə, Olmasaydı cəm, hər yanında peykanın görüb.

Bəndü zindani-qəmü möhnətdən olmuşdum xilas, Ah kim, düşdüm yenə, zülfü zənəxdanın görüb.

Ey Füzuli, bunca kim, tutdun nihan hali-dilin, Aqibət fəhm etdi el çaki-giribanın görüb.

Lüğət: Vəş – kimi, tək mənasında işlənən ədatdır; Əşk – göz yaşı; Gülgun – gül rəngli, gül üzlü; Peykan – ox

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.