Parə-parə ürəyim çeşmi-tərimdən düşsün
Parə-parə ürəyim çeşmi-tərimdən düşsün, Şölələr canıma odlu şərərimdən düşsün.
Etina etməyirəm mən şərəfimdən günəşə, Yarı görcək o gərəkdir nəzərimdən düşsün.
Ətəyimdən tutacaq rütbəmi gördükdə günəş, Sayə gər başıma ol taci-sərimdən düşsün.
Guşeyi-qəm mənə xoşdur, nəçiyəm mən ki, yolum Hər zaman bəzmi-büti-simbərimdən düşsün.
Bərqi-ahım fələyə kaş yetə, bu qəm gecəsi Kövkəbi-bəxtimə od nalələrimdən düşsün.
Yoxdur aram, Füzuli, mənə heç yerdə, məgər Yolu bir dəm o məhin rəhgüzərimdən düşsün.