Əsas məzmuna keç

Qəzəl

Oynamaqçün hər uşaq qəlbimi bir yanə çəkər

Məhəmməd Füzuli

1

Oynamaqçün hər uşaq qəlbimi bir yanə çəkər, Könlüm ətfalə qocaykən məni baziçə edər.

Daş atan dəmdə uşaqlar mənə göz yaşım axır, Dəysə hər bir ağaca daş, tökər, əlbəttə, səmər.

Mən bu novrəsləri sanmışdım oğul, heyf ola kim, Yox oğuldan ataya mehrü vəfadən bir əsər.

Əşki tiflin gözümün mərdümü bir yoxsul tək Müttəsil bəsləyir, əmma verərək xuni-ciyər.

Gəh tutar gözdə, gəhi qəlbdə ol tifl məkan, Nə sudan zərrəcə eylər, nə də oddan o həzər.

Seyli-əşkim dağıdıb aləmi, əmma nə edim, Tifldir, bilməyir aləmdən o məhparə xəbər.

Artmayır rövnəqi-hüsnü bu pəriçöhrələrin, Səbəb oldur ki, Füzuli, sevirəm qönçeyi-tər.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.