Öylə rə’nadır, gülüm, sərvi-xuramanın sənin
Öylə rə’nadır, gülüm, sərvi-xuramanın sənin Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin.
Kakilin tək başına cizginmək istər xatirim, Ey mənü yüz mən kimi sərgəştə qurbanın sənin.
Arizin dövründə cəm’iyyətdən olsun naümid Olmayan aşüfteyi-zülfi-pərişanın sənin.
Çün əcəbdir lə’lə guyalıq, nə mö’cüzdür bu kim, Eylər izhari-süxən lə’li-dürəfşanın sənin.
Çərx yayından atıldı canıma tiri-əcəl, Leyk ondan tizrək dəprəndi mügjanın sənin.
Daği-hicranın odun bənzətmək olmaz duzəxə, Olmasın kafər əsiri-daği-hicranın sənin.
Ey Füzuli, öylə kim, bimari-dərdi-eşqsən, Yoxdürür ölməkdən özgə hiç dərmanın sənin.
Lüğət: Sərgəştə – avara, heyran; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi