Əsas məzmuna keç

Qəzəl

Oxlarından həlqə-həlqə oldu zəncir tək tənim

Məhəmməd Füzuli

1

Oxlarından həlqə-həlqə oldu zəncir tək tənim, Aşiqi-divanəyəm, eşqindi zəncirim mənim.

Can çıxıb təndən oxun şövqilə hərgiz dönməmiş, Oxların can tək basar bağrıma bu can gülşənim.

Gözlərimdən razıyam, qan-yaş tökərlər hicrdə, Gülşənə çevrilmiş imdi qanla yurdum, məskənim.

Mehri-rüxsarindən ayrı halimi şərh etmərəm, Hicrdən olmuş qaranlıq, bax, bu ruzi-rövşənim.

Şəmə yanmaqdan qurtarmaq, təkcə sönməkdir əlac, Aşiqəm, eşqində ölsəm kuyin olsun mədfənim.

Ol səri-kuyə güzar etmək üçün, ey qaşı yay! Biqərar olmaq gərək ox tək, dəmirdən cövşənim.

Bu cahan mülkündə kim varsa yaxın dostdur sənə, Rəhm qıl, canan, Füzuliyə, cahandır düşmənim.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.