Əsas məzmuna keç

Qəzəl

Oxladın gər sinəmi, ondan deyil bunca fəğan

Məhəmməd Füzuli

1

Oxladın gər sinəmi, ondan deyil bunca fəğan, Sinəmə basdın kamanı, qibtədən odlandı can.

Oxla vur, öldür məni, rüsvalığımdan can qutar, Hər qədər cismimdə can var, eşqi tərk etməm, inan.

Istərəm ki, mən öləndən sonra, sadiq dostlarım, Türbəmi etsin hədəf yar, oxlara qılsın nişan.

Qanlı çeşmim dövrəsində səf çəkən kirpiklərim Atdığı oxlardı, yığmış gözlərim yerdən həman.

Ox çəkər cərrah qəlbimdən, fəqət bilməz mənim, Hər sümüyümdə ilik tək yüz ox olmuşdur nihan.

Ox kimi atmış məni, salmış özündən yar uzaq, Bir nişan tapmaq çətindir məndən, olsa axtaran.

Saxlayardım ləlinin dərdin ürəkdə, oldu faş, Ey Füzuli, qəm qalarmı gizli, təndən çıxsa can?

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.