Əsas məzmuna keç

Qəzəl

Ömürlük ayrılıq camindən içmək zəhri-hicrani

Məhəmməd Füzuli

1

Ömürlük ayrılıq camindən içmək zəhri-hicrani, Bərabər görməyimdən yaxşıdır qeyr ilə canani.

Fəraq istər könül, çün rəsmdir sevdada əvvəldən, Canından əl çəkər aşiq, dilərsə vəsli-canani.

Onun ayineyi-rüxsarına baxmam, budur qorxum Ki, düşsün çeşmimin ol gül cəmalə əksi-müjgani.

Rəqib öldükdə mən zövq etmərəm, qorxum budur, çünki Ölüm xaki-rəh olduqda tuta bir də o damani.

Nəzər qılmaz mənə ta çırpınır son dəfə bu könlüm, Inanmışdır, olub qəlbim əsiri-çeşmi-fəttani.

Nə təkcə bir mənəm can vermişəm, ey gül, ayağında, Belə olmuş bütün aşiqlərin möhnətli payani.

Müqərrərdir ki, can versin Füzuli dərdi-eşqinlə, Necə bir dərddir bilməm ki, yox tədbiri, dərmani.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.