Ömrün uzun olubsa pərişan keçib gedib
Ömrün uzun olubsa pərişan keçib gedib, Daim əsiri-türreyi-canan keçib gedib.
Zövqü vüsal bilməsəm eyb etməyin mənə, Ömrüm həmişə hicrdə nalan keçib gedib.
Qəlbimdə vardır öylə bir od, səndən özgələr Yanmış bu odla, cümləsi suzan keçib gedib.
Keçdi ölüm xəyali könüldən o yerdə ki, Tərifi-tiri-qəmzeyi-xuban keçib gedib.
Gəl, ey təbib, dərdimə axtarma sən əlac, Bimari-eşqə eyləmə dərman, keçib gedib.
Zahid, biz aşiqik, bizə səhman yazılmayıb, Olmuşsa bir zaman gər o səhman, keçib gedib.
Bir fayda yox bu çərxi də ötsə fəğanımız, Çox da, Füzuli, eyləmə əfğan, keçib gedib.