Əsas məzmuna keç

Qəzəl

Olur rüxsarına gün, lə’linə gülbərgi-tər aşiq

Məhəmməd Füzuli

1

Olur rüxsarına gün, lə’linə gülbərgi-tər aşiq, Sənə əksik degil, gögdən yağar, yerdən bitər aşiq.

Mənə məqsud tərki-eşq idi, vəh kim, məni hüsnün Olub gün-gündən əfzun, qıldı gün-gündən bətər aşiq.

Təmaşayi-cəmalından nəzər əhlini mən’ etmə, Nə sud ol xubyüzdən kim, ona qılmaz nəzər aşiq.

Çəməndə paybusindən olubdur səbzələr xürrəm, Haman bir səbzəcə olmağə aləmdə bitər, aşiq.

Qılırsan min cigər qan, hər yana baxdıqca, ey zalim, Nə baxmaqdır bu, hər dəm qandan alsın bir cigər aşiq?

Qırarsan əhli-eşqi, tutalım, kimsə əlin tutmaz, Nə işdir bu, gərəkməzmi sənə, ey simbər, aşiq?

Nə pərvanə doyar bir şö’ləyə, nə şəm’ bir ahə, Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.

Lüğət: Vəh – aydınlıq, aşkarlıq; Sud – fayda, qazanc; Simbər – gümüş bədənli

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.