Əsas məzmuna keç

Qəzəl

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə

Məhəmməd Füzuli

1

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə, Bir ah ilə verərdi min Bisütuni badə.

Versəydi ahi-Məcnun fəryadımın sədasın, Quşmi qərar edərdi başındakı yuvadə?

Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra, Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.

Əşki-rəvanimə el cəm’ oldu, var ümidim Kim, ola varə-varə cəm’iyyətim ziyadə.

Gəh qəmzən içmək istər qanimi, gah çeşmin, Qorxum budur ki, nagəh qanlar ola aradə.

Sərvərlik istər isən, üftadəlik şüar et Kim, düşmədən əyağə, çıxmadı başə badə.

Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli, Olma vəfayə talib dünyayi-bivəfadə.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.