Əsas məzmuna keç

Qəzəl

Olmuşam dəhri-bəla içrə bu gün divanə mən

Xurşidbanu Natəvan

1

Olmuşam dəhri-bəla içrə bu gün divanə mən. Varmadım meyxanəyə, sındırmadım peymanə mən.

Əhdlərdən keçmədim, peymanları sındırmadım, Lacərəm, bimehrlər tək olmuşam əfsanə mən.

Tərki-gülzar etmişəm bülbül kimi mən, ey rəqib! Aqibət bir guşə içrə gəlmişəm əfğanə mən.

Eşqi-rüxsarında bir dəm vəsl ilə şad olmadım, Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən.

Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım, Hərçi cəhd etdim, nə hasil, yetmədim cananə mən.

Duş gördüm kim, gəlibsən külbeyi-ehzanıma, Ol zaman nəzr eylədim canü dilim qurbanə mən.

Görməyim dişvardır, billah, səni mən, ey rəqib! Zülfə bağlı, qoy gedim axır düşüm zindanə mən.

Dövrü dönmüş dövr dövran etmədi kamimcə, ah! Düşmənimdir, bilməzəm kim, netmişəm dövranə mən?

Yoxu varımdan qalan ancaq mənim bir can idi, Natəvan, dəxi nedim, sərf eyləyim mehmanə mən.

Lüğət: Peymanə – qədəh; Külbeyi – ehzan-qəm daxması; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.