Əsas məzmuna keç

Qəzəl

Ölməz idim, tiğ ilə yüz yarə vursaydı əgər

Məhəmməd Füzuli

1

Ölməz idim, tiğ ilə yüz yarə vursaydı əgər, Kölgəsilə vurmasaydı arxadan ol simbər.

Görcəyin imanımı verdim, necə inkar edim, Çünki şahiddir mənə məhşər günündə çeşmi-tər.

Gül üzündən pərdə açdın, gördüm ol rüxsarını, Bir bəladır arizin, etmək gərək ondan həzər.

Sən günəşsən, şəm tək hicrində yannam sübhədək, Ağlasa əhvalıma, olmaz əcəb mürği-səhər.

Ey həkim, artır mənim zövqüm ciyər qaniylə, sən Eylə dərman ver ki, artsın bir qədər suzi-ciyər.

Aləmi-eşq içrə Məcnundan Füzuli kəm deyil, Bütlərin sevdası neylər aşiqə bundan betər?

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.