Olmaz oldu görüb əhvalımı el xublara aşiq
Olmaz oldu görüb əhvalımı el xublara aşiq, Eşq nəhyində bu rüsvalığ gör şər’ə müvafiq.
Gəlir olsan, qılaram fərşi-rəhin pərdeyi-çeşm, Dəxi nəm var, əzizim, gözə qarşı sənə layiq?
Gülüb açılmaq umulmaz dəhənindən, məgər oldur, Cüzv kim, ləyatəcəzza1 der ona əhli-dəqayiq.
Bağrımın parələrin gözlərin asmış müjələrdən, Mərdümi-guşənişin, qandanü qandan bu əlayiq?
Gecələr şəm’ yanar, əşk tökər sübh gəlincə, Can verir sübh gələn dəmdə, zəhi aşiqi-sadiq.
Sibqət etmişdi cigər qanı, gözüm yaşına bir dəm, Eşq hökm etdi, yenə cari ola adəti-sabiq.
Ey Füzuli, özünü guşənişin et xümi-mey tək, Ola nagəh olasan kaşifi-əsrari-həqayiq.
Lüğət: Mərdüm – göz giləsi; xalq, camaat; Əlayiq – əlaqələr, rabitələr; Əşk – göz yaşı; Zəhi – nə xoş, nə gözəl; Əsrar – sirrlər, gizli sözlər