Əsas məzmuna keç

Qəzəl

Olmaz fələk bərabəri ol bargahının

Məhəmməd Füzuli

1

Olmaz fələk bərabəri ol bargahının, Ay göydə bircə zərrəsidir gərdi-rahının.

Din mülkünün nə qorxusu var inqilabdən, Qaldıqca sayəsində o möhkəm pənahının.

Gövhər olar dənizdəki hər qətrə su, əgər Bir qətrəsi o bəhrə düşə əbri-cahının.

Ənbər cahan gözəllərinin oldu ziynəti, Çünki qulamı olmuş o zülfi-siyahının.

Sən seyr edəndə dövri-qəmərdir demiş zaman, Çünki qəmərlə nisbəti var ruyi-mahının.

Vəsfi-nəbi yetər sənə ancaq nicat üçün, Yoxdursa da hesabı, Füzuli, günahının.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.