Əsas məzmuna keç

Qəzəl

Olmaya məstanə eynintək, şəha, məkkar kar

İmadəddin Nəsimi

1

Olmaya məstanə eynintək, şəha, məkkar kar, Karıma qoymaz məni hər bab ilə əğyar yar.

Yarı əhdində vəfalı istəgil, ey dust, dust, Dust olanlar eyləsin aşiqinə naçar çar.

Çarə istərsən əgər, sən daməni-dilgir gir, Girü dəstəm cana salma, ey üzü ənvar var.

Varmıdır nisbət sana bir türk dər Maçinü Çin Çini-zülfünüz yenə əz nafeyi-tatar tar.

Tari-zülfün aşiqin ruzun qılır şəbrəng rəng, Rəngi-ali zərd olur həm, ey üzü gülzar zar.

Zardır hüsnündən ötrü ba ləbi-gülgün gün, Gün ötər xürrəm dutar ki, nərgisi-xunxar xar.

Xarvəş ba hər kəsi sən güldən ötrü tizi tiz, Tiz Nəsimi cisminin sən yarğusunu yar, yar.

Lüğət: Kar – İş; Bab – Qapı; Damən – Ətək; Ənvar – Nurlar; Zərd – Sarı; Xar – Tikan

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.