Əsas məzmuna keç

Qəzəl

Olmasaydı qəmi-eşqin dili-viranımda

Seyid Əzim Şirvani

1

Olmasaydı qəmi-eşqin dili-viranımda, Saxlamazdım onu bu izzət ilə yanımda.

O qara xalı mənə versələr qanın içərəm, Nə üçün mənzil edib arizi-cananımda.

Tutanı müshəfi-rüxsarüvi ol kafər xət, Görünür gör nə xələllər mənim iymanımda.

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb, Bu nə rəftardır ol sərvi-xuramanımda?

Düşəni xublərin könlümə fikri, Seyyid, Əlli Yusif tapılır külbeyi-əhzanımda.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.