Əsas məzmuna keç

Qəzəl

Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs

Seyid Əzim Şirvani

1

Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs, Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs.

Aşiq azadə gərəkdir ki, dönər zindanə Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs.

Ağladı bülbül əgər mən kimi hicran gecəsi, Nə üçün dönmədi bir mövclü dəryayə qəfəs?

Əndəlib-çəmənü güldə olan zati-şərif, Nə əcəbdir dəgə gər cümleyi-dünyayə qəfəs.

Seyyida, aləmi-surət əgər olsaydı fəna, Ləfzlər olmaz idi dəhrdə mənayə qəfəs.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.