Əsas məzmuna keç

Qəzəl

Oldu ol gün ki, məkan könlümə meyxanəi-eşq

Məhəmmədəli Şəfai

5

Oldu ol gün ki, məkan könlümə meyxanəi-eşq, Gözlərin şövqinə içdim, neçə peymanəi-eşq.

Sanma gözdür, axıdır arizə göz yaşlarını, Bir dənizdir o atır sahilə dürdanəi-eşq.

Zər daraq ilə dağıtma üzə ənbər saçını, Gülüm, ol türrələri qoy darasın şanəi-eşq.

Sevgi məhrumu əgər surətən adəm görünür, Deyil insanlığa məhrəm elə biganəi-eşq.

Eşq olan yerdə deyil mümkün ola əğlə məkan, Söyləyirlər odur eşq əhlini, divanəi-eşq.

Gülşəni-eşqdə aşiqlərə bülbül dedilər, Mənim aləm çağırır adımı pərvanəi-eşq.

Eşq meyxanəsi çox gördü mənim tək sərxoş, Görmədi leyk Şəfai kimi məstanəi-eşq.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.