Əsas məzmuna keç

Qəzəl

Ol sənəm kim, gecə-gündüz can anın heyranıdır

Şah İsmayıl Xətai

1

Ol sənəm kim, gecə-gündüz can anın heyranıdır, Əqlü fəhm andan bərü eşq ilə sərgərdanıdır.

Dilbərim, yarım, əzizim, qəmgüsarım, munisim, Can şikarım, sevgi yarım, canımın cananıdır.

Dün səba gəldi mana xoş-xoş müənbər buy ilə, Qaliba, ol məhliqanın zülfi-müşkəfşanıdır.

Ey könül, hicran qəmindən çox şikayət qılma kim, Aşiqə cövrü cəfası lütf ilə ehsanıdır.

Bu Xətayi şe’rinə eyb etmə, ey nakəs həsud, Cümlə üşşaq əhlinə həmdəm onun divanıdır.

Lüğət: Dün – dünən, gecə; Müənbər – ətirli; Buy – qoxu, iy; Cövr – zülm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.