Ol qəbadən, pirəhəndən yaxşıdır qəbrü kəfən
Ol qəbadən, pirəhəndən yaxşıdır qəbrü kəfən Kim, onu yarın yolunda etməyirsən parə sən.
Tab edə bilməz cəfa tiğinə şirin ləblərin, Xəlq edə dövran məgər daşdan, dəmirdən Kuhkən.
Bicəhət saysız yara örtmüş bu üryan cismimi, Mən şəhidəm, çü şəhid öldükdə etməzlər kəfən.
Gəl məni öldür cəfa ilə, cahandan kamın al, Sən kimi zalım məni-məzluma rəhm etsin nədən?
Açma qıvrım zülfünü, vermə yelə, Allaha bax, Bu pərişan könlümə qıyma ola tərki-vətən.
Qönçə heç vaxt olmamış qönçə dəhanın tək lətif, Qönçə də təsdiq edir bu fikri, ey qönçədəhən.
İstəməz çıxsın Füzuli qəlbdən zülfün qəmi, Eylə bir tər sünbülə layiq görülmüş bu çəmən.