Əsas məzmuna keç

Qəzəl

Ol pərivəş kim, məlahət mülkünün sultanıdır

Məhəmməd Füzuli

1

Ol pərivəş kim, məlahət mülkünün sultanıdır, Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.

Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq, Doğru derlər: hər zaman bir aşiqin dövranıdır.

Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan, Qətrə-qətrə göz tökən sanmın sirişkim qanıdır.

Çaklər cismimdə tiği-eşqdən eyb etməyiz Kim, cünun gülzarının bunlar güli-xəndanıdır.

Ey Füzuli, ola kim rəhm edə yar əfğaninə, Ağılagil zar, onca kim, zar ağılamaq imkanıdır.

Lüğət: Sirişk – göz yaşı; Cünun – dəlilik, divanəlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.