Əsas məzmuna keç

Qəzəl

Ol pəripeykər ki, taci-səltənət başındadır

İmadəddin Nəsimi

1

Ol pəripeykər ki, taci-səltənət başındadır, Çinü Maçini müsəxxər eyləmək başındadır.

Tutiyayi-çeşmi-binadır ayağı torpağı, Səcdəgahi-arifan ol qövsünün qaşındadır.

Bu qəmər dövründə hərgiz görməsin şahim zaval, Üç otuz on yaşı olsun, on iki yaşındadır.

Sehr ilə eylər imamət gözləri aşiqlərə, Qibleyi-azadələr həm çeşm, həm qaşındadır.

Şərbəti-abı şərabü ahü dərdü xuni-dil, Ey Nəsimi, bil həqiqət, aşiqin aşındadır.

Lüğət: Müsəxxər – Fateh; Çeşm – Göz; Bina – Gözlü; Qəmər – Ay; Hərgiz – Hələ; Dil – Ürək

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.