Ol pəri rə’na gedən sərvi-rəvanımdır mənim
Ol pəri rə’na gedən sərvi-rəvanımdır mənim, Sayə sanma sürünən yanınca, canımdır mənim.
Bülbüli-zarəm ki, hüsnin gülşənidir məskənim, Həlqeyi-zülfin şikənci aşiyanımdır mənim.
Mu təki belin xəyalı incə fikrimdir müdam, Zərrəcə ağzın sözü razi-nihanımdır mənim.
Mən nola kövkəb kimi hər şəb ğəmindən ölməyim, Çün cəmalın gögdə mahi-asimanımdır mənim.
Dedim: – Ey dilbər, Xətayi kimdürür kuyində zar? Dedi: – Bir heyranü valeh natəvanımdır mənim.
Lüğət: Sayə – kölgə; Hüsn – gözəllik; Müdam – davamlı, həmişə; Razi – dil – ürək sirri; Kövkəb – ulduz; Şəb – gecə