Əsas məzmuna keç

Qəzəl

Ol pəri peykər sənəm cismimdə canımdır mənim

Şah İsmayıl Xətai

1

Ol pəri peykər sənəm cismimdə canımdır mənim. Getməsün könlümdən ol, ruhi-rəvanımdır mənim.

Sorsam ağzın zərrəmi, ya ğönçəmidir, ya dəhan, Bu sözüm, yoxsa xəyalım, ya gümanımdır mənim?

Görəli ahu gözün eşq ilə Məcnun olmuşam, Ol səbəbdən kuhü səhra xanümanımdır mənim.

Sərvə bənzətdin boyunu, ey rəqibi-kəcnəzər, Necə dersən sərv anı, ömri-cəvanımdır mənim.

Zülfini müşk oxudum, aydır ki, əbsəm, söyləmə, Müşk dəxi bir türabi-asitanımdır mənim.

Gözmidir, ya çeşmi-ahu, yoxsa nərgis, məstdir? Yüzmidir ol, yoxsa mahi-asimanımdır mənim?

Sordular kim, ey Xətayi, necə sevdin yarı sən? Dedi: – Yoxdur ixtiyarım, qilsitanımdır mənim.

Lüğət: Dəhan – ağız; Dersən – deyirsən; Əbsəm – lal, danışmamaq; Türab – torpaq; Çeşmi – giryan – ağlar göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.