Əsas məzmuna keç

Qəzəl

Ol pəri peykər mana yar olmadı, heyf oldu, heyf!

Şah İsmayıl Xətai

1

Ol pəri peykər mana yar olmadı, heyf oldu, heyf! Aldı könlümni, vəfadar olmadı, heyf oldu, heyf!

Saxlar idim qəhrini könlümdə daim can kimi, Sirrimi faş etdi, əsrar olmadı, heyf oldu, heyf!

Kim ki, yüz min məkr ilə qıldı məni səndən cüda, Yüz bəlayə ol giriftar olmadı, heyf oldu, heyf!

Firqətin odinə yandım, canü dil oldu kəbab, Kimsə halımdan xəbərdar olmadı, heyf oldu, heyf!

Eşq əlindən xəstə düşdü bu Xətayinin təni, Ləblərindən bircə timar olmadı, heyf oldu, heyf!

Lüğət: Qəhr – acıq, kədər; Əsrar – sirlər; Cüda – ayrı; Giriftar – tutulmuş; Firqət – ayrılıq; Dil – ürək; Timar – xəstəyə baxmaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.