Əsas məzmuna keç

Qəzəl

Ol pəri kim, çeşmi saqi, lə’li camımdır mənim

Şah İsmayıl Xətai

1

Ol pəri kim, çeşmi saqi, lə’li camımdır mənim, Qaşı mehrabım, yüzü beytül-həramımdır mənim.

Dilbərin vəslindən ayru istəmən hər sübhü şam, Yüzü sübhümdür, vəleykin zülfi şamımdır mənim.

Ol pəri peykər neçük canım quşun bənd etməsün? Danədir xali, pərişan zülfi damımdır mənim.

Valehəm bir qəddi tuba, lə’li kövsər yarə kim, Asitanı rövzeyi-darüssəlamımdır mənim.

Bu Xətayinin sözinə münkir olma, zahida, Bir pərinin hüsni vəsfində kəlamımdır mənim.

Lüğət: Çeşmi – giryan – ağlar göz; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Tuba – cənnət ağacı; Asitan – eşik, astana, hökmdar qapısı; Rövzeyi – darüssəlam – cənnət bağı; Münkir – inkar edən, danan; Hüsn – gözəllik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.