Əsas məzmuna keç

Qəzəl

Ol pəri kim, bu cəhanda hüsninin həmtası yox

Şah İsmayıl Xətai

1

Ol pəri kim, bu cəhanda hüsninin həmtası yox, Sərvi-rə’nanın xuraman qəddi tək balası yox.

Gecə-gündüz mən anın hicrində yanmaqdır işim, Neyləyim kim, ol məhin məndən yana pərvası yox.

Ögmə, ey zahid, mana rizvanü gənnət bağini Kim, anın yarın yüzü tək bir güli-həmrası yox.

Qılma, ey naseh, mənə zülfin sevərsən deyə tə’n, Xansı aşiqdir kim, andan başda bir sevdası yox.

Gərçi çoxdur dünyada üşşaqi ol mahin, vəli Bu Xətayi xəstə tək bir aşiqi-şeydası yox.

Lüğət: Həmta – bənzər, oxşar; Bala – yüksək, yuxarı; Məhin – böyük, gözəl; Pərva – qorxu, rəğbət; Rizvan – behişt, behişt qapısı; Həmra – qırmızı, al; Naseh – nəsihət verən; Vəli – ancaq, lakin; Şeyda – vurğun

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.