Əsas məzmuna keç

Qəzəl

Ol pəri eşqinə mən candangiriftar olmuşam

Şah İsmayıl Xətai

1

Ol pəri eşqinə mən candangiriftar olmuşam Kim, fəraqü möhnətindən ruzi şəb zar olmuşam.

Ta ki düşdüm ol nigarın məh yüzü hicranına, Dərd ilən səyyarə tək hər gecə bidar olmuşam.

Ta ki, gülzari-cəmalından cüdayəm, ey sənəm, Hər zaman bülbül təki dər eşqi-gülzar olmuşam.

Çünki eşqin gəncini könlümdə pünhan eylədim, Ruzü şəb ol gəncə mən hər dəm nigəhdar olmuşam.

Ta səni gördü rəqib ilən Xətayi xəstədil, Dəmbədəm yanır vücudim, sərbəsər nar olmuşam.

Lüğət: Şəb – gecə; Nigar – sevgili, bəzəkli; Məh – ay; Bidar – oyaq; Gənc – xəzinə; Nigəhdar – gözətçi, qoruyan; Sərbəsər – başdan-başa; Nar – od

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.