Ol mah vüsalilə xoş et bir gecə halim
Ol mah vüsalilə xoş et bir gecə halim, Ey əxtəri-tale’ qoma boynunda vəbalim!
Fəryad ki, bər vermədi bidaddən özgə, Göz yaşı ilə bəslədigim türfə nihalim.
Sınmış müjə tək, xəlq gözündən axıdır yaş, Nəzzareyi-zə’fi-bədəni-muymisalim.
Ol şəm’ xəyalilə xoşam, ola ki, daim, Bu surət ilə cizginə fanusi-xəyalim.
Suzandır odumdan tənimə sancılan oxlar, Pərvanəyəm, ey şəm’, tutuşmuş pərü balim.
Saqi, qəmi-dövran ilə qayətdə məluləm, Bir cami-fərəhbəxş ilə dəf’ eylə məlalim.
Lütf eylə, Füzuli, mənim əhvalımı ərz et Ol sərvə ki, söyləşməyə qalmadı məcalim.
Lüğət: Bər – meyvə, yemiş, bəhər; Nihal – təzə, boyu düz ağac