Ol ləli-süxənguyinə aşiq dili-zarım
Ol ləli-süxənguyinə aşiq dili-zarım, Qoy bir kam alım indi o ləblərdən, a yarım!
Istərdim o ləbdən eşidim bir söz, heyif ki, Sözçün dil açınca tükənir səbrü qərarım.
Aç ağzını bir nitqə gəlib virdi-kəlam et! Şövqünlə gəlib can ləbə, ey çeşmi xumarım!
Bircə sözünə canımı qurban demişəm mən, Hər vaxt kefindir, de edim mən də nisarım.
Bircə sözünün zövqünə bax, gör necə qasid Səndən mənə peyğam gətirib aldı mədarım.
Hər bir işimə vurdu düyün zülfün, amandır, Aç bu düyünü ta açıla rişteyi-karım.
Olmaz işim heç abi-həyat ilə, Füzuli, Öldürdü məni çünki dodağilə nigarım.