Əsas məzmuna keç

Qəzəl

Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir

Şah İsmayıl Xətai

1

Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir, Həm ənbiyalər üstə ulu padşahdir.

Tə’rif edüb sifatini, şirim dedi xuda, Bu doğru sözə insü məlayik güvahdir.

Həm bəhrü kanü kuhi-vilayətdir ol Əli, Düşmən anın qatında qamu bərgi-kahdir.

Olmaz qənim Qənbərinə bəbrü əjdəha, Çün həmdəmi ol şahi-cəhanın ilahdir.

Hər kim anı sevirsə, Yəziddən nə fikri var? Çün qullarına xövfü xətərdən pənahdir.

Ol mə’dəni-vilayət anın asitanidir Kim, eşigində insü mələk dadxahdir.

Gər bürcü-ərşin üstə mələk anı sevməsə, Harut tək məqamı anın qə’ri-çahdir.

Bürcində övliyalarin ol, filməsəl, tamam Kövkəb içində nisbəti xurşidü mahdir.

Məhşər günündə lütfin umar dəstgir ola, Miskin Xətayiyi-xəstəyə kim, pürgünahdir.

Lüğət: Üqba – axirət, o biri dünya; Ənbiya – nəbilər, peyğəmbərlər; Güvah – şahid; Bəhr – dəniz; Qatında – yanında; Qamu – hamı; Bərgi – lalə – lalə yarpağı; Asitan – eşik, astana, hökmdar qapısı; Kövkəb – ulduz; Xurşid – günəş; Dəstgir – əldən tutan, köməkçi

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.