Əsas məzmuna keç

Qəzəl

Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb

Məhəmməd Füzuli

1

Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb, Ağılar oldu halimə, birəhm cananım görüb.

Eyləyən tə’yini-əczayi-müdava dərdimə, Tərk edib, cəm etmədi, hali-pərişanım görüb.

Lalərüxlər göksümün çakinə qılmazlar nəzər, Hiç bir rəhm eyləməzlər daği-pünhanım görüb.

Tut gözün, ey dudi-dil, çərxin ki, devrin tərk edib, Qalmasın heyrətdə, çeşmi-gövhərəfşanım görüb.

Pərtövi-xurşid sanmın yerdə kim, devri-fələk, Yerə urmuş afitabın, mahi-tabanım görüb.

Suda əksi-sərv sanmın, kim qoparıb bağiban Suyə salmış sərvini, sərvi-xuramanım görüb.

Ey Füzuli, bil ki, ol gül arizin görmüş degil, Kim ki, tə’n eylər mənim çaki-giribanım görüb.

Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.