Əsas məzmuna keç

Qəzəl

Ol Kə’beyi-mə’na mənəm kim, qibleyi-rəhmanıyam

İmadəddin Nəsimi

1

Ol Kə’beyi-mə’na mənəm kim, qibleyi-rəhmanıyam, Ol nitqü rəbbani mənəm ki, höccəti-bürhanıyam.

Çün on səkiz min aləmin cudü vücudu xud mənəm, Cümlə cahan təndir mana, mən bu cahanın canıyam.

Ol qabü-qövseynə irən, ol surəti ziba görən, Həm surəti-ziba mənəm, həm surəti-yəzdanıyam.

Sən bu sərayi-fanidə istər isən eyni-bəqa, Nəfsini əvvəl tanı kim, həqqi derisən tanııyam.

Ol küntə kənzi derisən, aləmdə rövşən gün kimi, Ol gövhərə rövşən mənəm, bil ki, mən onun kanıyam.

Ol şəkkəri-lə’li-ləbin, ol tutiyi-məsti mənəm, Ol cənnəti-qüdsün bu gün mən bülbüli-xoşxanıyam.

Götür vücudun zülmətin, eyvani-nura vasil ol Kim, şə’ninin nuri mənəm, mən nurinin eyvanıyam.

Ariflərə hadi mənəm, çünki hidayət nuruyam, Sevdasıyam, sevdasının məşhuruyam, heyranıyam.

Mən ol Nəsimiyəm bu gün abi-həyatım içənə Xızrın bəqa ömrü mənəm kim, çeşmeyi-heyvanıyam.

______________________Milli Kitabxana_______________________

Lüğət: Ziba – Gözəl; Bəqa – Baqilik; Kənz – Xəzinə; Rövşən – Işıqlı; Hadi – Düz yolla aparan; Hidayət – Doğru yolda rəhbərlik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.