Əsas məzmuna keç

Qəzəl

Ol günəş bir zərrədir nuri-cəmalından anın

Şah İsmayıl Xətai

1

Ol günəş bir zərrədir nuri-cəmalından anın, Utanıbdır sərvü ər’ər qəddü balından anın.

Ol zamandan bərlü kim, yüzün görübdür gögdə mah, Gizlənibdir yengi ay qaşi-hilalından anın.

Gül yanağından qızardı, daim oldu şərmsar, Ru siyəhdir müşkü ənbər xəttü xalından anın.

Yerdə bir ay nurudur, aləm ana heyran olub, Ayü gün bir ləm’ədir hüsni-kəmalından anın.

Bu Xətayi xəstədil kim, dərdinin dərmanı yox, Bir mədəd ola məgər kim, zülcəlalından anın.

Lüğət: Nuri – rəhman – ilahi nur; Mah – ay; Şərmsar – utancaq; Xətt – yanaq, yazı; Hüsn – gözəllik; Mədəd – kömək

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.