Əsas məzmuna keç

Qəzəl

Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir?

Şah İsmayıl Xətai

1

Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir? Bilməzəm canımmıdır, ya sevgi yarımdır gedir.

Təndə canım qalmadı, anınla olmuşdur rəvan, Ol mənim ruhi-rəvanım, ya nigarımdır gedir?

Canım andan ayru təndə bir dəm əglənməz mənim, Ğəm məni eylər həlak, ol ğəmküsarımdır gedir.

Qalmadı heç karü bari bu Xətayi xəstənin, Anın ilə karü barım, hərçi varımdır gedir.

Lüğət: Rəvan – həyat, diri, axan, gedən, ruh, can

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.