Ol dilrüba ki, təndə çəkərmən cəfasini
Ol dilrüba ki, təndə çəkərmən cəfasini, Vermən cəhanə şəmməcə zülfi bəhasini.
Munca dua qılur bu könül, qılmaz iltifat, Ol bivəfa məgər kim, eşitməz duasini.
Heyranü valeh oldu bu könlüm ələddəvam, Bir qatla ta ki, gördü anın xub liqasini.
Ey dil, təbibə sorma əlacin bu dərdimin, Dünya həkimi bilmiyə eşqin dəvasini.
İxlasi-dildən ayəti-tə’viz oxur müdam, Yad eyləgəc Xətayi cəhanda xətasini.
Lüğət: Dilrüba – gözəl, könülalan; Ələddəvam – daimi olaraq; Xub – yaxşı; Dil – ürək; İxlas – sevgi, səmimiyyət; Müdam – davamlı, həmişə