Əsas məzmuna keç

Qəzəl

Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib

Seyid Əzim Şirvani

1

Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib, Alıbdı səbrü qərarimi aşikarə, gedib.

Gedib şikarə bu gün ol qəzali-mişkinmu, Aparmayıb itini bilmirəm nə karə gedib.

Gəlir mənə bu qəmin hər dəqiqəsi bir ay, Bu gün o mah ki, bu şəhrdən kənarə gedib.

O şəh fərağı mənə rüx veribdi mat oldum, Vəziri-əql düşüb dərdə, ol səvarə gedib.

Bu gün mənim gözümə afitab tar gəlir, O zülfi qarə günümü edibdi qarə, gedib.

Gedib o qaşı kaman qeyrilə şikarə bu gün, Xədəngi-hicri vurub xatirimə yarə, gedib.

Olubdu qaib o mahın behişt rüxsarı, Salıbdı Seyyidini aşikarə narə, gedib.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.