Od yanaqlı yardan ayrı saldı çün dövran məni
Od yanaqlı yardan ayrı saldı çün dövran məni, Bir qığılcım tək, yəqin bil, məhv edər hicran məni.
Islanaydı kaş gözüm yaşiylə bu varlıq tozum, Bəsdir ahımdan qopan yel qıldı sərgərdan məni.
Cövhəri-şövqi-ləbin var canda, bu vadar edər Etməyə eldən nəhan bu canı, ey canan, məni.
Bir pəriçöhrə qəminin qəlbim olmuş mənzili, Qorxuram rüsvay qılsın bu qəmi-pünhan məni.
Ox kimi yarın kaman qaşından atmışdır uzaq, Sındırar bilməm haçan bu gərdişi-dövran məni.
Qəm deyil, canan yanında gər məni pislər rəqib, Imtahan etmiş vəfa rahində çün xuban məni.
Ey Füzuli, dərdi-eşqim bir zaman pünhan idi, Qıldı rüsva xalq içində dideyi-giryan məni.