O sərvin qamətin göstərdi güzgü, min xəta etdi
O sərvin qamətin göstərdi güzgü, min xəta etdi, Özün könlüm kimi dərdə, bəlayə mübtəla etdi.
Bükülmüş qəddimə göz yaşlarım ayinə tutmuşdur, Heyif kim, qəddimi əydi qəmi-eşqin, düta etdi.
Onun qəlbində mən yer tapmadım, fəryad bəxtimdən, Əgərçi qəlbimizdə ol pəri min ev bina etdi.
Qəmin hicran günü dar könlümüzdə etdiyi qovğa Haman qovğadır ol kim, qönçəyə badi-səba etdi.
Yudun sən damənin tozdan, mən isçə qüssəvü qəmdən Yanır könlüm, niyə bəxtim məni səndən cida etdi.
Yoruldu cism, qan axdı, ciyər yandı, könül sındı, Əgər bilsən, mənə eşqin nələr, ey dilrüba, etdi.
Könül baş qaldırıb əbruyi-xuban səcdəgahından, Ona heyrətdəyəm, bunca niyə səhvü xəta etdi.
Yerindən qopmadı ta olmayınca qanlı bir qətrə Ki, hər qəlbə özün ol qanlı peykan aşina etdi.
Füzuli damənindən ta əl üzdü, ey pəriçöhrə! Tutub öz damənin möhnət, giriftari-bəla etdi.