O qıvrım saçlarından min cəfa çəkdim, kədər gördüm
O qıvrım saçlarından min cəfa çəkdim, kədər gördüm Ki, ta vəsli nəsib oldu, öz ömrümdən səmər gördüm.
Gəzər əfsanə tək dillərdə eşqin, hər yerə getdim, Danışsa hər kəs hər kəslə, sənin adın çəkər gördüm.
Cəfa gördükcə səndən, tapmadı məndə vəfa nöqsan, Vəfa qıldım, cəfa etdin, nə istərdim, nələr gördüm.
Olubdur sərv qəddin vurğunu bağda məgər bağban Ki, sərvi bəsləyər, şümşadə heç salmaz nəzər gördüm.
Ürəkdə hər yeni yarən açıbdır yüz yara, baxdım, Yeni yarə dalında köhnə dağlar görsənər gördüm.
Mənə sən al yanağında o mişkin xalı göstərdin, Səmən yarpağına nüqtə salıbdır mişki-tər gördüm.
Füzuli, düşmüsən dilbərlərin sevdasına, yoxsa Xəbərsizsən ki, mən ol bivəfalərdən nələr gördüm?