O qəragöz ki, mənim eşqdə sultanımdır
O qəragöz ki, mənim eşqdə sultanımdır, Xaki-payı gözümə köhli-Sifahanımdır.
Nə pəri sədməsidir sərdə, nə sövdayi-cünun, Məni Məcnun edən ol zülfi-pərişanımdır.
Sanma kim, arizi-alın xət ilə oldu siyah, Səni, ey mahi-pəriçöhrə, tutan qanımdır.
Qaldı can, çəkdilər ol şuxun oxun cismimdən, Eylə bildim ki, oxu qaldı, çıxan canımdır.
Getmə kəc, ey dili-şeyda, o hilaləbrunun, Gər desəm mah üzün, eşqdə nöqsanımdır.
Xızr ol səbzxətin təng dəhanın görcək, Basdı kim bağrına, bu çeşmeyi-heyvanımdır.
Seyyid, ol şəm qəmindən gecələr sübhə kimi Yanan əhvalıma kim, bu dili-suzanımdır.