O qəddi sərvin eşqində elə könlüm olub heyran
O qəddi sərvin eşqində elə könlüm olub heyran Ki, razı olmaram sevsin onu aləmdə bir insan.
Göz oynatsa könül ovlar, qaş oynatsa alar canlar, Nə gözdür bu, nə qaşdır bu? – olum o göz-qaşa qurban.
Budur arzum, bir ox vursun, zəif cismim ağırlaşsın Ki, ölsəm, asitanından cənazəm qalxmasın asan.
Olursa hər tüküm iynə, vücudum sap deyil hökmən, Bu parə bağrımı tikmək ki, hicrindən olub şan-şan.
Ayağından öpər kirpiklərimin mərdümi-çeşmim Ki, onlar eşq mülkündə əzəl gündən olub dərban.
Nə taledir bu kim, bir dəm olarsam şəmə həmsayə, Uzaqlaşmaz kənarımdan rəqibim sayə tək bir an.
Füzuli, yüz bəla görsəm o dilbərdən, mənə xoşdur Ki, mən rindü bəlacuyəm, o bir başə bəla canan.