O qara zülfünü gəl açma sən, ey nazlı nigar
O qara zülfünü gəl açma sən, ey nazlı nigar! Cismimi canım ilə bağlayan ol tel qırılar.
Saxlaram gizli sənin sirrini qəlbimdə, fəqət Qorxuram xəlqə onu göz yaşım etsin izhar.
Göstərib gül üzünü, aləmi gəl etmə xərab Ki, belə afət olan yerdə böyük fitnə qopar.
Aşiqik, yoxdu bu sevdadə sənəmlərdə günah, Dili-şeyda bizi risva qılıban eylədi xar.
Eşqdən qanə dönüb gözdən axeydi, ey kaş Ki, çəkir qönçə dəhənlər sitəmin bu dili-zar.
Yetir, ey bəxt, məni yarın ayaq torpağına, Qoyma torpağa gedə məndə bu həsrət, zinhar.
Yad edib sünbüli-geysuləri, göz yaşları tök, Ey Füzuli, susuz, əlbəttə, solar ol gülzar.