O məhrudən mənə nə lütf vardır, nə kərəm vardır
O məhrudən mənə nə lütf vardır, nə kərəm vardır, Odur ki, xəstə könlümdə mənim min dərdü qəm vardır.
Baxır bir dəm mənə mehr ilə, bir dəm qeyz ilə ol məh, Səhər tək tiği-lütfündə onun qəhrü sitəm vardır.
Gülü susənlə bir xoş bağçadır dünya, vəli əfsus, Gülün rəngi solur, susəndəsə buyi-ədəm vardır.
Kənar olmaz xəyali-xaki-rahi bir zaman gözdən, Mahal işdir o yerdə qalxa toz kim, orda nəm vardır.
Deyildir lütf üzündən bunca cövrü, bəlkə tənimdən O daim xovf edir, lütfü varisə, cövrü həm vardır.
Əyilmiş qəddimi atdı kənarə çərx kuyindən, Nişanə dəyməz aləmdə o ox kim, onda xəm vardır.
Cəfakeşdən büsati-eşq hərgiz olmamış xali, Füzuli, eşqi asan bilmə, onda yüz ələm vardır.