Nuşin ləbinin lə’li, lə’li-ləbinin nuşin
Nuşin ləbinin lə’li, lə’li-ləbinin nuşin, Şirin görürəm candan, candan görürəm şirin.
Cana, üzünüz ayı, ayı üzünüz, cana, Rəngin çü güli-əhmər, əhmər çü güli-rəngin.
Hər kimsə səni görməz, görməz səni hər kimsə, Kəndin çəkədir hicran, hicran çəkədir kəndin.
Hər kim sözün eşitdi, eşitdi sözün hər kim, Təhsin qıladır əz can, əz can qıladır təhsin.
Cana, Nəsimini gör, gör Nəsimini cana, Üstün qamıdan sözü, sözü qamıdan üstün.
Lüğət: Əhmər – Qırmızı; Təhsin – Yaxşılaşdırma, bəyənmə