Nuri-təcəlli şö’ləsi düşdü əzəldən alına
Nuri-təcəlli şö’ləsi düşdü əzəldən alına, Gözlərimin bu rəng ilə yaşı boyandı alına.
Həm mö’cüzati Əhmədin gözləri sehridir anın, Rəhməti-həq bu cadunun ümmətinə vü alına.
Cəhd edərəm ki, alinə könlümü verməyəm, vəli, Həm bilirəm ki, aqibət alinə könlüm alına.
Kimsə əgərçi istəməz düşməgi fitnəyə, vəli, Şükr edirəm ki, düşmüşəm alə gözünün alına.
Düşdü Nəsiminin başı zülfü kimi ayağına, Düşəli can gözü anın bədri-müəmməm alına.
Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Bədri – müəmməm – Əmmaməli ay