Nuri-hikmət zahir oldu sən pəri-rüxsarədən
Nuri-hikmət zahir oldu sən pəri-rüxsarədən, Şö’lə düşdü aləmə şol peykəri-məhparədən.
Çün səba seyr etdi, ey dilbər, üzün gülzarına, Ənbəri-sara töküldü türreyi-tərrarədən.
Vəlvələ düşdü cahana, zöhdü təqva əhlinə Fitneyi-dövri-qəmər ol nərgizi-əyyarədən.
Şəmsi-tabandır camalın, zahid idrak eyləməz, Dideyi-xəffaşa nisbət gözləri nəzzarədən.
Sə’di-əkbərdir camalın, vəslə vasil can quşu, Təl’ əti-fərxəndə şəmsü kövkəbü səyyarədən.
Çün Nəsimi abi-heyvan Xızri-zində istədi, Sən dəxi nuş eyləgil şol lə’li-şəkkərparədən.
Lüğət: Şol – O; Peykər – Gözəl; Bədən; Ulduz; Zöhd – Asketizm; Qəmər – Ay; Fərxəndə – Xoşbəxt; Kövkəb – Ulduz; Zində – Diri