Nuni-eynin vəhyinə həqdən işarətdir bu gün
Nuni-eynin vəhyinə həqdən işarətdir bu gün, Leylətül-me’raca zülfündən işarətdir bu gün.
Səlsəbilindən gəl, ey saqi, içir ariflərə, Çünki bayram olduvü həcci-ziyarətdir bu gün.
Xubların iqlimini dutdu camalın hüsn ilə, Ey əmiri xubların, dövri-əmarətdir bu gün.
Ey fəqih, endi səmadan arifə mai-təhur, Şübhədən arın ki, əyyami-təharətdir bu gün.
Ey verən yarın vüsalın künfəkanın varına, Gör ki, bey’indən necə külli xəsarətdir bu gün.
Vermişəm kövnü məkanı dilbərin didarına, Şol ticarətdən ulu qanqı ticarətdir bu gün.
Kim ki, həqqin surətin üzündə zahir görmədi, Adı yar önündə gözsüz, bibəsarətdir bu gün.
Zərqü təzvirin əsası oldu, ey zahid, xarab, Eşqə me’mar ol ki, mə’mur ol imarətdir bu gün.
Həşrü nəşrin saəti gəldivü həm yövmülhesab, Uyqudan oyan kim, ol gündən ibarətdir bu gün.
Yuca yerdən dəm uran şeyxü fəqihə gəl de kim, Müddəinin hörməti həqdən həqarətdir bu gün.
Damunun’ narında, şəksiz yanəsərdir ta əbəd, Kim ki, eşqin atəşindən bihərarətdir bu gün.
Ey Nəsimi, həq Süleyman mülkünü verdi sana, Hər sözün min Asəfi-sahibvəzarətdir bu gün.
Lüğət: Həcci – əkbər – Böyük həcc; Yarın – Səhər; Künfəkan – Kainat; Şol – O; Zərq – Hiylə, yaltaqlıq; Təzvir – Hiylə; Mar – İlan; Damu – Cəhənnəm